TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi - FOTOLAR

TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil etdi - FOTOLAR
MEDIA
11:14 22.07.2025
436
TƏBİB-in "Peşə günləri” layihəsi çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə müxtəlif media qurumlarının nümayəndələri üçün Yeni Klinikada tibbi müayinə təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova media nümayəndələrini salamlayıb və onları 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edib:

"Ölkə səhiyyəsində həyata keçirilən islahatlar barədə ictimaiyyətin məlumatlandırılmasında media nümayəndələri əvəzsiz rol oynayır. Jurnalistlər, eləcə də vətəndaşlar tərəfindən daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə tədbirlər görmək TƏBİB-in prioritet məqsədlərindən biridir. Bu gün Strateji inkişaf departamenti tərəfindən reallaşdırılan "Peşə günləri” layihəsi çərçivəsində 20-dən çox media nümayəndəsi əyani və diaqnostik müayinələrə cəlb olunub və bu, mütəmadi əsaslı profilaktik xarakter daşıyacaq. İnanıram ki, davamlı həkim konsultasiyaları, instrumental və laborator müayinələr media nümayəndələrinin sağlamlıq durumlarını nəzarətdə saxlamağa imkan verəcək”.

Çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov media nümayəndələrini tibb müəssisəsində görməkdən məmnunluğunu ifadə edib və onlara peşə fəaliyyətində uğurlar arzulayıb:

"Xəstəliklərin erkən aşkarlanması istiqamətində aparılan işlər xüsusilə media nümayəndələri üçün zəruridir. Çünki əksər vaxtlarda media nümayəndələri peşə fəaliyyətlərinə bağlı olaraq sağlamlıqlarının qeydinə qala bilmirlər. Tibb müəssisəsinin həkimləri tərəfindən tibbi xidmət göstərilən jurnalistlərin sağlamlıqları nəzarətimizdə olacaq və onların sonrakı mərhələlərdə də müayinələrinin təşkilinə şərait yaradacağıq”.

Daha sonra ixtisaslı həkimlər tərəfindən media nümayəndələri müayinə edilib. Onlar laborator və diaqnostik müayinələrdən keçiblər.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
18:59 24.08.2026
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq