TƏBİB rəhbəri daha 3 xəstəxananın direktorunu işdən çıxardı
SOSİAL
20:48 24.06.2026
297
Daha üç xəstəxananın direktoru vəzifəsindən azad edilib.
AZXEBER.COM-un "Unikal"a istinadən əldə etdiyi məlumata görə,Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Rüfət oğlu Həsənov, Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru Məcid Abduləli oğlu Əliyev və Şirvan Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərviz Mahir oğlu Rüstəmbəyov işdən azad olunublar.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb.