İranın «Kish Air» aviaşirkəti Təbriz-Bakı-Təbriz marşrutu üzrə aviareysləri müvəqqəti olaraq dayandırıb. Şirkətin Azərbaycandakı təmsilçisi «APA-ECONOMICS»ə bildirib ki, həftədə bir dəfə (şənbə günləri) yerinə yetirilən Təbriz-Bakı-Təbriz aviareysi üzrə uçuşlar məlum olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb: «Buna baxmayaraq, avqust ayının 15-20-dən sonra aviaşirkət sözügedən marşrut üzrə uçuşları bərpa etmək niyyətindədir». Qeyd edək ki, bu ilin iyun ayınadək «Kish Air» Təbriz-Bakı-Təbriz aviareysini həftədə iki dəfə (II və VI günlər) yerinə yetirirdi. Lakin sonradan uçuşlar yalnız həftədə bir dəfə (VI gün) həyata keçirilib.