Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”

Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
SOSİAL
23:39 14.03.2026
193
Azərbaycanın tanınmış yazıçısı və şairi Həmid Herisçi hazırda İranın Təbriz şəhərindədir və bölgədə baş verən bombardmanlar səbəbindən orada qalıb.

AZXEBER.COM xəbər verir ki, yazıçının özünün əvvəlcədən verdiyi anonslardan və həyat yoldaşı İlhamiyyə Rzanın mediaya açıqlamalarından məlum olur ki, Həmid Herisçi Təbrizdə baş verən hadisələri gündəlik formatında qələmə alır.

Yazıçı artıq iki gün – 8 və 10 mart 2026-cı il tarixlərində yaşadıqlarını sosial şəbəkə hesabında paylaşıb.

AZXEBER.COM həmin qeydləri olduğu kimi təqdim edir.

 8 mart 2026


Saib küçəsində yerləşən pasport qeydiyyatı mərkəzinə getməyimiz əbəs oldu.

Dünən binanı vurublar.

Rəislər (məmurlar) eşikdə, avtomobildə əyləşərək müraciətləri başdansovdu cavablandırırlar.

– Qeydiyyata daha ehtiyac yox. Bu rəsmiyyətə artıq sərhəd keçid məntəqələrində fikir vermirlər.

Təbrizə qar yağsa da, bu gözəlliyə takılmağa vaxt yoxdu.

Rəsmi qaydaların defoltu, dəyərdən düşməyi şaşıdıcıdır.
Nə tez…

Deyəsən ABŞ uçaqları xəbərdarlıq göndərib rəsmi ünvanlara:

– İdarəni təcili boşaldın. Hədəfdəsiz.

"Pompeyin son günləri” deməzdim bu mənzərəyə.

Ancaq dövlət idarələri artıq öz məlum ünvanlarını dəyişir.
Artıq İranda qalma müddətim azaddır.

Azadlığın ilk nəfəsini çəkirəm köksümə.

Qarlı hava da qarışır bu nəfəsə.
Ciyərlərimi son dərəcə genişləndirir.

Saib Təbrizi kimi şairin adını daşıyan bu küçə deyəsən ilk dəfə özünə bədii bir məzmun qazanır.

10 mart 2026. Gecənin xain vaxtı

Oteldə deyəsən məndən başqa kimsə yoxdu.

Şair dostum Əli Caglanın bu dəfə gec gəlməsinin səbəbi bəlli oldu:

– Avtomobilimi cərimə meydançasına apardılar bayaq.

Mövzunu çox təbii qəbul edirəm.

Hələlik avtomobili həbs etdilər.
Xəbərdarlıqdır Təbrizsayağı.

Sabah bizi də həbs edə bilərlər.
Anons verildi.

(Davamı var)

Sonda qeyd edək ki, Həmid Herisçi hazırda da İranın Təbriz şəhərindədir. Özünün verdiyi açıqlamaya görə, orada qalıb, hadisələri izləyərək, kitab yazır. Yazıçı oxuduğunuz bu qeydləri həyat yoldaşı İlhamiyyə Rzanın WhatsApp hesabına göndərib (yol taparaq bu qeydləri çatdıra bilib).

/musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib