Təbrizli azarkeşlər erməni futbolçunun transferinə imkan vermədi

Təbrizli azarkeşlər erməni futbolçunun transferinə imkan vermədi
İDMAN
12:07 08.06.2016
1218
Ermənistanın milli futbol komandasının müdafiəçisi Varazdat Aroyanın iki il müddətinə Təbrizin “Traxtur” klubuna dəvət edilməsi barədə razılaşmadan imtina olunub.
Təbrizin “Traxtur” futbol klubunun icraçı direktoru Mustafa Acorlu özünün “İnstaqram” səhifəsində məlumat yayaraq, Aroyanı “Traxtur” klubuna dəvət etməkdən vaz keçdiklərini açıqlayıb.
Mustafa Acorlu bildirib ki, erməni futbolçu ilə müqavilə imzalanacağı barədə xəbər yayılandan dərhal sonra, “Traxtur” tərəfdarları onun “İnstaqram” səhifəsində məsələ ilə bağlı şərh yazaraq öz etirazlarını bildiriblər: “Mən əziz azərbaycanlıların vəhdəti üçün Təbrizə gəlmişəm. Məqsədim isə bütün şərəfli türklərin “Traxtur” ətrafında toplaşması və birliyidir. Ermənistanlı futbolçunun “Traxtur”a gəlişi bu vəhdət və birliyə xələl gətirə, onu təhdid edə bilərdi. Məhz buna görə də ermənistanlı futbolçunu satın almaqdan və onu klubumuza dəvət etməkdən vaz keçdik”.
Məsələyə Ermənistandan da reaksiya verilib. Ermənistanın “Alaşkert” klubunun qapıçısı Gevorq Kasparov yerli mediaya açıqlamasında bildirib ki, İranın futbol klubu “Traktor” erməni futbolçusu Varazdat Aroyandan azərbaycanlı və türkiyəli azarkeşlərin təzyiqi nəticəsində imtina edib. O iddia edib ki, Ermənistan milli yığmasının və “Pünik” komandasının oyunçusu V.Aroyandan imtina qərarı siyasidir. Yazıda bildirilir ki, əvvəlcə Təbriz klubu erməni oyunçunu dəvət edəcəyini bəyan etsə də, sonrakı gün müdafiəni gücləndirmək üçün başqa varianta əl atılacağını deyib. Erməni futbolçunun iddiasına görə, Aroyanın oyunlarını izləyirmiş və sonda onu “Traxtur”a dəvət etmək qərarı varmış. Amma azarkeşlərin tələbləri gözlənilməz olub. Təbriz klubundan əlini üzən Aroyan isə İranın “Padide” klubuna keçib.
Qeyd edək ki, aprel döyüşlərindən sonra “Traxtur”un oyunları zamanı azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları ilə izdihamlı yürüşlər keçiriblər.
musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"