Technol “Partners & Business” sərgisində uğurla iştirak etdi

Technol “Partners & Business” sərgisində uğurla iştirak etdi
İQTİSADİYYAT
10:57 24.02.2020
5943
20-22 Fevral tarixlərində Bakı İdman Sarayında keçirilən "Partners & Business - Baku 2020” sərgisində Technol uğurla iştirak edib. Azərbaycanın iş dünyasını təmsil edən müəssisə və təşkilatların qatıldığı tədbirdə şirkət müxtəlif kateqoriyalar üzrə istehsal etdiyi 60 çeşiddə məhsulunu nümayiş etdirib.

AZXEBER.COM xəbər verir ki, sərginin ilk günündən Technol şirkətinin hazırladığı stendə maraq böyük olub. Şirkətin nümayəndələri sərgi ziyartəçilərinə Technol markası, zavodun istehsal gücü, tərəfdaş olduğu xammal təchizatçıları, istehsal etdiyi məhsullar, istehsalda tətbiq olunan texnologiya və beynəlxalq standartlar, eləcə də laboratoriya imkanları haqqında ətraflı informasiya veriblər. Ziyarətçilər şirkətin istehsal etdiyi müxtəlif çeşidli məhsulları ilə tanış olub, onların tərkib və özəllikləri bardədə geniş məlumatlandırılıblar. Gördüklərindən və əldə etdikləri bilgilərdən məmnun qalan ziyarətçilər beynəlxalq standartlara cavab verən Technol yağlarının münasib qiymətə müştərilərə təklif edilməsini müsbət qarşılayıblar.

Ümumilikdə 3 gün davam edən sərgi çərçivəsində Technol şirkətinin stendini 250-ə yaxın insan ziyarət edib. Şirkət nümayəndələri 40-dan çox ikitərəfli işgüzar görüş keçirib, yeni tərəfdaşlıqların qurulması, ixrac imkanlarının dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. 

10.000-dən çox insanın ziyarət etdiyi sərgidə 150-yə yaxın yerli şirkətin təklif etdiyi məhsul və xidmətləri nümayiş olunub.

Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. ABŞ, B.Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir cihazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO 17025:2017) müasir laboratoriyaya malikdir.

Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə "ISO 9001: 2015" standartı tətbiq olunub.

Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək Technol şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.
 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb