Şagird və müəllimlər təxliyyə olunub.
Bu gün səhər saat 09:51-də Bakının Səbail rayonunda orta məktəbdə güclü yanğın baş verib.AZXEBER.COM xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS Press-ə verilən məlumata görə, 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə əvvəlcə tüstülənmə, sonra isə yanğın olub.
Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb olunub. Nazirliyin xilasediciləri məktəbdə 40 nəfəri təxliyyə edib. Xilasedicilərin səyi nəticəsində xəsarət alan olmayıb.
Yanğınsöndürənlər alovun qarşısını alıblar. Araşdırmalar zamanı məlum olub ki, yanğın məktəbin elektrik şitlərində qısaqapanma səbəbindən yaranıb.
Hadisənin dəqiq səbəbləri aparılacaq ekspertizadan sonra məlum olacaq.
10:15
Bakıda məktəbdə yanğın başlayıb.AZXEBER.COM xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın rayonun 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə qeydə alınıb.Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.




