Təcili yardım maşını qəza törətdi

Təcili yardım maşını qəza törətdi
SOSİAL
14:24 19.09.2016
1715
Bakıda təcili yardım maşını qəza törədib.
Hadisə paytaxtın Nərimanov rayonunda, Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, “Medical plaza” klinikasına məxsus “Təcili tibbi yardım” avtomobili işıqforun sarı işığından keçərkən “Lexus” markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.
Hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Qeyd edək ki, “Təcili tibbi yardım” avtomobilində dərman preparatları daşınırmış.
Report.az
OXŞAR XƏBƏRLƏR