Təcridxanada nigah mərasimi keçirildi — FOTOLAR

Təcridxanada nigah mərasimi keçirildi — FOTOLAR
Bütün Xəbərlər
12:54 12.09.2014
3567
Dövlət qulluqçularının fəaliyyətində vətəndaş məmnunluğunu təmin edən və son bir il ərzində ölkə vətəndaşlarının rəğbətini qazanmış “ASAN” xidmətin fəaliyyətindən azadlıqdan məhrum edilmiş şəxslərin də yararlanmasına şərait yaradılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” nin bir gə hazırladıqları tədbirlər davam etdirilir.
AZXEBER.COM-un Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə Penitensiar müəssisələrdə saxlanılan şəxslər şəxsiyyət vəsiqələrinin verilməsindən əlavə “ASAN” xidmət tərəfindən göstərilən nigahın qeydə alınması xidmətindən də istifadə etməyə başlamışlar.
Penitensiar xidmətin 3 saylı Istintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nigah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaratmışdır. 14.07.2014-cü il tarixdə təcridxananın inzibati binasında 4 saylı Bakı «AsanXidmət» mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə xanım Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nigahı qeydə alınmışdır.
Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
OXŞAR XƏBƏRLƏR