Tədbirdə “Bayraq Günü” qeyd edilib

Tədbirdə “Bayraq Günü” qeyd edilib
Bütün Xəbərlər
14:57 10.11.2015
925
Xalça Dünyası Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra etdiyi “Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsini uğurla davam etdirir.
Birlik layihə çərçivəsində Quba rayonunda yerləşən “Aygün” firmasının xalça sexində növbəti tədbirini keçirib.
Tədbirdə Birliyin sədri Fatimət Ağamirzəyeva layihənin donoru və məqsədi haqqında məlumat verib. F. Ağamirzəyeva iştirakçılara “Bayraq Günü” haqqında da məlumat verib və bildirib ki, Azərbaycanın Dövlət Bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün dövlətçilik rəmzlərindən biridir. Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis olunub və hər il böyük təntənə ilə qeyd olunur. Dövlətin bayrağı ölkənin, millətin qürur mənbəyidir.
Sonra Fatimət Ağamirzəyeva və tibb bacısı Sara Fərzəliyeva xalçaçı qadınlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların aradan qaldırılması istiqamətində, astma bronxit və digər nəfəs xəstəlikləri, ümumi gigiyena barədə maarifləndirici məlumatlar veriblər. Xalçaçı qadınlarla peşə xəstəliklərinə aid müzakirə aparılıb və bu kimi xəstəliklərdən qorunma metodları izah olunub. Onlara işlədikləri otağın təmiz saxlanılması, havasının gündəlik dəyişdirilməsi, otağın işıqlı olması və xalça toxunduqda texnikaya riayət edilməsi tövsiyə olunub.
QHT sədri və tibb bacısı tərəfindən əllərin, qolların və göz yorğunluğunun aradan qaldırılması üçün məşq hərəkətləri nümayiş olunub və tədbir iştirakçıları ilə birlikdə idman hərəkətləri edilib.
Sonda tədbirdə tibb işçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibb paketləri təbdir iştirakçılarına paylanılıb. Bundan başqa, xalçaçı qadınlara təyinatı üzrə hazırlanmış təlimati materiallar və metodiki göstərişlər də paylanılıb.
OXŞAR XƏBƏRLƏR