Tədbirdə çıxış edən azərbaycanlı şairin həyat yoldaşı vəfat etdi

Tədbirdə çıxış edən azərbaycanlı şairin həyat yoldaşı vəfat etdi
Bütün Xəbərlər
00:31 28.01.2012
1769

Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubileyi keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Azadlıq" radiosunun məlumatına görə, tədbirdə şair İlyas Tapdığın həyat yoldaşı Münəvvər Əli qızı Tapdıqova da çıxış edib. Çıxış zamanı onun səhhəti kəskin pisləşib. Təcili Tibbi Yardım xidmətinə müraciət olunub. Yazıçılar Birliyindən əldə etdiyimiz məlumata görə Təcili Tibbi Yardım Xidmətinin həkimləri hadisə yerinə gələndə Nünəvvər Tapdıqova artıq dünyasını dəyişibmiş. Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR