AZXEBER.COM-un məlumatına görə, onun işdən çıxması keçmiş həmkarı, vaxtilə Xəzər TV İdman Departamentinin rəhbəri Emin Abbasovu təəsüfləndirib. O bu haqda şəxsi "facebook" səhifəsində yazıb: "Bu gün Anar Nəcəfli də "Xəzər TV"-dən ayrıldığını açıqladı. Təəssüf...2007-ci ildə "Xəzər TV"-yə gəlişimi xatırlayıram. Çox çətin zamanlar idi. Arxiv yox, sistem yox, hər şey sıfırdan qurulmalı idi. Hamı əl-ələ verib kanalın baxımlı olması üçün bir ailə kimi çalışırdı. Bir neçə ildən sonra hər şey qaydasına düşməyə başladı və... Və nədənsə "Xəzər TV"-də illərlə can qoyan insanlar lazım olmamağa başladılar. Bu illər ərzində çox peşəkar kadrlar oranı tərk etməli oldu. Təəssüf, bizdə telekanallar illərlə kadr yetişdirirlər, cəmi 1 günün içində isə onu itirirlər!"