Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var - Nazir müavini

SAĞLAMLIQ
19:15 12.10.2021
481
Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var və tibb işçiləri arasında da bunu edənlər mövcuddur.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, tibb işçilərini də bu işə vadar edən insanlarımızdır: "Deməli, biz işimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq ki, bu yola getməsinlər, eyni zamanda, əhalidən də xahiş edək ki, bu yola əl atmasınlar. Hər bir vətəndaşın sağlamlığı naminə bu işlə mübarizə aparmalıyıq".

OXŞAR XƏBƏRLƏR