İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanıAbşeron rayonunda- Novxanı kəndində Seylan Novruzovaya və Həmzə Əliyevə məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;Bakının Xəzər rayonunda- Türkan qəsəbəsi, Dənizkənarı küçəsində Əsmayə Əliyevaya məxsus mağazada;Nizami rayonunda- Keşlə qəsəbəsində Maya Sadıqovaya və Mehman Zeynalova məxsus mağazalarda;Abşeron rayonunda- Novxanı kəndində “Smart Kompleks” MMC-yə məxsus “Smart” restoranında;Mingəçevir şəhərində- Şəhriyar küçəsində Rəşad Nurəddinova məxsus mağazada;Qax rayonunda- İlisu kəndində “Uluyurd” MMC-yə məxsus “Yaşıl Park” istirahət mərkəzində normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;Bakının Qaradağ rayonunda- Lökbatan qəsəbəsi, 28 May küçəsində Nəriman İsmayılova məxsus mağazada;Nizami rayonunda- Keşlə qəsəbəsi, Y.Səfərov küçəsi, 57A ünvanında Məmməd Məhərrəmova məxsus mağazada;Xəzər rayonunda- Qala qəsəbəsində Novruz Əndəlifova məxsus mağazada;Abşeron rayonunda- Novxanı qəsəbəsində İbad Paşayevə məxsus mağazada;Tovuz rayonunda- Aşağı Quşçu kəndində Ramil Tağıyevə və Camal Sadıqova məxsus mağazalarda;Göygöl rayonunda- Balçılı kəndində Anar Abbasova məxsus mağazada;Ağdaş rayonunda- Şəmsabad kəndində Şaiq Mehtiyevə məxsus mağazada;Biləsuvar şəhərində- M.İbrahimov küçəsi, 310A ünvanında Bahadur Sucayevə məxsus mağazada;- S.Vurğun küçəsi, 55 ünvanında Yalçın Əliyevə məxsus mağazada;Xaçmaz şəhərində- Q.Qarayev küçəsində Raziyə Kərimovaya məxsus mağazada;Şabran şəhərində- H.Əliyev prospektində Elnaz Əliyevaya məxsus mağazada;Lənkəran şəhərində- Ə.Məmmədov küçəsində Əflatun Murtəzayevə məxsus mağazada;Masallı rayonunda- Təzə Alvadı kəndində Elbəyi Mustafayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.