Təhlükəsizlik Xidməti: Ukrayna cəsədlərin mübadiləsi formatını dəyişir

Təhlükəsizlik Xidməti: Ukrayna cəsədlərin mübadiləsi formatını dəyişir
DÜNYA
20:49 15.06.2025
682
Ukrayna dəmiryolu vasitəsilə həlak olmuş müdafiəçilərin repatriasiyası mərhələsini başa çatdırıb. Gələcəkdə bu proses avtomobil nəqliyyatı vasitəsilə həyata keçiriləcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram kanalında yayımlanan məlumatına görə, 15 iyun tarixində dəmiryolundan istifadə olunan repatriasiya tədbirlərinin mərhələsi başa çatıb.

Bu, Ukraynanın müxtəlif bölgələrində yerləşən müəssisələrə həlak olmuş müdafiəçilərin cəsədlərinin sürətli çatdırılmasına imkan verib. Bu müəssisələrdə gələcəkdə şəxsiyyətin müəyyənləşdirilməsi və digər prosedurlar aparılacaq.

"Növbəti repatriasiya mərhələləri İstanbul görüşü çərçivəsində əldə edilmiş razılaşmalara uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə həyata keçiriləcək," — deyə məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR