"Təhminə və Zaur” adlı serialın mənim əsərimə heç bir aidiyyatı yoxdur - Yazıçı Anar tənqid etdi

"Təhminə və Zaur” adlı serialın mənim əsərimə heç bir aidiyyatı yoxdur - Yazıçı Anar tənqid etdi
MAQAZİN
15:58 15.10.2018
5851
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ATV-də efirə gedən "Təhminə və Zaur" serialından danışıb. 
 
AZXEBER.COM "525-ci qəzet"ə istinadən xəbər verir ki, yazıçı "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında lentə alınan ekran işini tənqid edib:

"Televiziya kanalarından birində adı mənim pyesimlə eyni olan "Təhminə və Zaur” serialı nümayiş etdirilir.

 

Bununla bağlı mənə çoxlu suallar verirlər, münasibətimi bilmək istəyirlər. Xeyli müddət bundan əvvəl bir neçə gənc yanıma gəldi və mənim əsərim əsasında serial çəkmək niyyətində olduqdarını bildirərək razılığımı almaq istədilər. Mən əvvəlcə bu mövzuda pyesimin bir çox teatrlarımızda da, İstanbulda da uğurla tamaşaya qoyulduğunu, romanın dəfələrlə böyük tirajlarla Bakıda və bir sıra xarici ölkələrdə nəşr olunduğunu və nəhayət, mərhum rejissorumuz Rasim Ocaqovun bu mövzuda dəyərli bədii film çəkdiyini nəzərlərinə çatdıraraq, bir daha bu mövzuya müraciət etməyi məsləhət bilmədim.

Buna baxmayaraq cavanlar çox israr etdikləri üçün: "Yalnız ssenariylə tanış olandan sonra razı olub-olmadığımı bildirərəm” – dedim.

Ssenarini (əgər o doğrudan da vardırsa) mənə göstərmədilər. Bir müddət sonra eşitdim ki, hazır filmi TV kanalı nümayiş etdirir. Bir seriyasına baxdım və bu mənə bəs elədi. Tam məsuliyyətlə bəyan edirəm ki, bu serialın mənə, mənim əsərimə heç bir dəxli yoxdur. Serialın adı, dediyim kimi, pyesimdən alınıbdırsa da, pesonajlar romanın qəhrəmanlarının adlarını daşıyırlarsa da, bu serialda tamamilə başqa hadisələr cərəyan edir, tamam başqa süjet qurulub (əgər buna süjet demək olarsa), xarakterlər bambaşqadır, mənim obrazlarıma qardaş-bacılar, qohum-əqraba uydurublar, bir sözlə, təlqin olunan fikirlər, ideya, məzmun, davranış və danışıq tərzi mənim mətnlərimdən yer-göy qədər fərqlidirlər. Odur ki, bir daha təkrar etməyə məcburam, "Təhminə və Zaur” adıyla teleekrana çıxarılanların çırpışdırılmış adlardan başqa mənim əsərimə heç bir aidiyyatı yoxdur. Bu əsəri, məsələn, "Tahir və Zöhrə” də adlandırmaq olardı.

Bəzi tanışlarım məsləhət görürdülər ki, müəllifləri bu pirat hərəkətlərinə görə məkəməyə verim. Razı olmadım, bunu etsəydim, dolayı yolla bu əsərin nə şəkildəsə mənə aid olduğunu etiraf etmiş olardım.

Filmin bədii səviyyəsinə gəlincə, yalnız bir seriyasına baxmaqla özgələrin işinə qiymət vermək istəmirəm. Serialın başqa bölümlərinə baxmamışam və baxmağa da nə niyyətim, nə həvəsim var".

Qeyd edək ki, serialın rejissoru Sain Qəhrəmandır. Ekran işində Təhminə obrazını Natavan Ələkbərova, Zauru Cövdət Şükürov, Spartakı Cavidan Novruz canlandırır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
15:22 04.08.2026
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU
15:20 04.08.2026
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU
"Maarifçi" proqramı iştirakçıları ilə görüş baş tutub
14:57 04.08.2026
"Maarifçi" proqramı iştirakçıları ilə görüş baş tutub