Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
DÜNYA
23:11 05.03.2026
444
İranda internetə tətbiq olunan məhdudiyyətlər səbəbindən ölkədəki vəziyyət barədə məlumat toplamaq çətinləşib. Buna baxmayaraq, əldə olunan məlumatlara görə, Tehran və İsfahan kimi böyük şəhərlərdə küçələr xeyli səssizdir və gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür.
AZXEBER.COMxəbər verir ki, BBC-yə danışan Tehran sakini bildirib ki, o, beş gündən sonra ilk dəfə evdən çıxaraq hökumət binalarının yerləşdiyi Neft küçəsinə gedib.
Onun sözlərinə görə, normalda sıx tıxac səbəbindən iki saat çəkən yolu bu dəfə çox qısa müddətdə qət edib.
Adının açıqlanmasını istəməyən sakin şəhərdə təhlükəsizlik qüvvələrinin nəzarət məntəqələri qurduğunu, adətən kafelərlə dolu olan İranşəhr küçəsinin isə demək olar ki, tam boş qaldığını deyib.
Digər bir Tehran sakini isə şəhərdəki atmosferi pandemiya dövrünə bənzədib. Onun sözlərinə görə, insanlar qorxu və qeyri-müəyyənlik içində yaşayır, lakin eyni zamanda vəziyyətin gec-tez bitəcəyinə və həyatın yenidən normallaşacağına ümid edirlər.