İran "Nüvə silahının yayılmaması haqqında” Müqavilədən asanlıqla çıxa bilər.
İran mediası xəbər verir ki, bunu İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi bildirib.
Abbas Qudərzi deyib ki, ABŞ-a etibar etmək aldanmağı qəbul etməyə bərabərdir.
İran parlamentinin Rəyasət Heyətinin sözçüsü qeyd edib ki, ABŞ-la münasibətlərdə yalnız güc məntiqi işləyir və "Nüvə silahının yayılmaması haqqında” Müqavilədən çıxmaq, eləcə də İranın nüvə doktrinasına yenidən baxmaq tamamilə mümkün və asanlıqla həyata keçirilə biləcək addımdır.
Qeyd edək ki, dünən bir qrup iranlı deputatın "Nüvə silahının yayılmaması haqqında” Müqavilədən çıxmaqla bağlı təcili prosedur əsasında müzakirəyə çıxarılacaq planı təqdim etdikləri bildirilib.











































