Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı

Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
DÜNYA
11:49 29.06.2026
357
Tehran Prokurorluğu xaricdə yaşayan bir sıra siyasi və media fəallarına qarşı ittihamlar irəli sürüb.

Bu haqda "Fars" xəbər agentliyi məlumat yayıb.

Barələrində ittiham irəli sürülən şəxslərdən birinin İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin Amerikada yaşayan oğlu Rza Pəhləvi olduğu bildirilib.

Bununla yanaşı İranda monarxiyanın bərpası tərəfdarı olan "İran İnternational” və "Manoto” televizyalarına qarşı da ittihamlar irəli sürülüb.

Həmin media qurumları və şəxslər yanvarın 8 və 9-da İranda keçirilən etiraz aksiyalarına "zəmin yaratmaq”da günahlandırılıblar.
 
 ///Bakupost.az 
OXŞAR XƏBƏRLƏR