Ötən gün İranın Tehran Universitetində Ermənistanın müstəqilliyinin və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd olunub.
AZXEBER.COM Teleqraf.az-a istinadən xəbər verir ki, tədbirdə Ermənistanın İrandakı səfiri, İran Xarici İşlər Nazirliyinin MDB ölkələri və qonşu dövlətlər üzrə idarənin başçısı, Qafqazşünaslıq araşdırma mərkəzi və erməni məsələsi mərkəzinin məsul şəxsləri iştirak edib.
Toplantıya Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan da qatılıb. Konfransda çıxış edən erməni nazir müavini İslam Respublikası ilə ölkəsi arasında qarşılıqlı səmərəli layihələrin gerçəkləşdirildiyini vurğulayıb. Onun sözlərinə görə,Yerevanla Tehran çoxtərəfli əməkdaşlığı genişləndirməkdədir.
Tədbirin sonunda görüş iştirakçılarına Ermənistan Tehrandakı səfirliyinin təmsilçisi Qanrnik Badalyanın «Ermənistan - İran əlaqələri 20 il» adlı kitabı paylanıb.