Tehrandakı səfirimiz Təpəbaşı məscidinə görə çağırış etdi

DÜNYA
05:31 11.02.2025
173
Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İrəvandakı Təpəbaşı məscidinin təhqir olunmasına görə çağırış edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə o "X” hesabında yazıb.

"İşğal illərində Qarabağdakı bütün məscidlərimizi təhqir edən və onları tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan məscidini təhqir etməkdə davam edir və Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edir.

Cəmiyyətin, beynəlxalq təşkilatların tədbirləri zəruridir və bu vandalizmin qarşısı alınmalıdır”, - paylaşımda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR