Hadisə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhər üzrə Təhsil İdarəsinin xidmət bölməsinin binasında baş verib
Bu gün səhər saat 7 radələrində Bakının mərkəzində yanğın olub. Hadisə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhər üzrə Təhsil İdarəsinin Mərkəzləşdirilmiş Mühasibatlığının Qaradağ, Yasamal, Səbail rayonları üzrə xidmət bölməsinin binasında baş verib.
Milli.az-ın məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə heyətləri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ilkin ehtimal elektrik naqillərindəki qısaqapanma nəticəsində yanğın baş verib.
Yanğında xəsarət alanlar yoxdur.










