Təhsil krediti var - Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Təhsil krediti var - Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?
SOSİAL
19:36 09.08.2026
785
Təhsil haqqının ödənilməsi minlərlə tələbə üçün hələ də əsas problemlərdən biri olaraq qalır. Təkcə 2025-ci il ərzində təhsil haqqının ödənilməməsi və digər səbəblərdən 8 min tələbə ali təhsil müəssisələrindən uzaqlaşdırılıb. Bu da son dörd ildə iki qat artım deməkdir. Maraqlıdır ki, Təhsil Tələbə Kredit Fondundan (TTKF) Bizim.Media-nın sorğusuna verilən cavaba əsasən, fondun fəaliyyətə başladığı 2021-ci ildən indiyədək 33 mindən çox tələbəyə kredit ayrılıb.

Bir tərəfdən kreditlərindən yararlananların, digər tərəfdən isə maliyyə səbəbindən universitetdən uzaqlaşdırılanların sayı artır. Yaranan bu ziddiyət ortaya suallar çıxarır:

Mövcud mexanizm bütün ehtiyacı olan tələbələri əhatə edirmi, yoxsa artımın arxasında başqa səbəblər dayanır?

Məsələ ilə bağlı Bizim.Media-ya  danışan təhsil eksperti Əmrah Həsənlinin fikrincə,  təhsil kreditinin mövcudluğu bu problemin tam həll olunduğu mənasına gəlmir.

"Təhsil üçün kredit fondu vacib mexanizmdir, lakin bütün tələbələrin ondan yararlanması mümkün olmur. Bəzi tələbələr müəyyən meyarlara uyğun gəlmir, bəziləri müraciət prosedurunu bilmir, bir qismi isə ümumiyyətlə borca girmək istəmir. Xüsusilə aztəminatlı ailələrdən olan tələbələr üçün təhsil haqqını ödəmək çətin olduğu halda, əlavə maliyyə öhdəliyi götürmək psixoloji maneə yarada bilir. Elə tələbələr də var ki, maliyyə çətinliyi ilə üzləşdikdə kredit imkanından xəbərdar olsalar belə, müraciət prosesinə vaxtında başlaya bilmirlər”.

Problemin həlli üçün universitet, Təhsil Tələbə Kredit Fondu və tələbə arasında daha çevik mexanizm qurulmalıdır

Ə.Həsənli bildirir ki, tələbə təhsil haqqını vaxtında ödəyə bilmədikdə dərhal universitetdən uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşməməli, ona kredit, möhlət, hissə-hissə ödəniş və digər alternativlər barədə məlumat verilməlidir:

"Təhsil kreditlərinin əhatə dairəsi genişləndirilməli, müraciət prosesi daha da sadələşdirilməlidir. Məqsəd yalnız kredit alan tələbələrin sayını artırmaq deyil, maddi səbəbdən heç bir tələbənin ali təhsilini yarımçıq qoymamasını təmin etmək olmalıdır. Çünki təhsil haqqını müəyyən müddətdə ödəyə bilməmək tələbənin illərlə davam edən təhsilinin və gələcək karyera imkanlarının itirilməsi ilə nəticələnə bilər”.

Ötən il ümumilikdə 12 969 tələbə təhsil müəssisəsindən xaric olunub
 
Qeyd edək ki, "AzEdu.az"-ın.məlumatına əsasən, ötən il təhsil haqqının ödənilməməsi, dərs buraxılması və ya tələbənin öz istəyi ilə təhsil müəssisəsindən xaric edilməsi səbəbindən ümumilikdə 12 969 tələbə xaric olunub. Onlardan 6 122-si bakalavriat, 1 897-si magistratura, 2 624-ü tam orta ixtisas bazası, 2 326-sı isə ümumi orta ixtisas bazası üzrə olub.

Hesabata əsasən, akademik borca görə 938 tələbə təhsil müəssisəsindən xaric edilib. Onlardan 684-ü bakalavriat, 36-sı magistratura, 73-ü tam orta ixtisas bazası, 145-i isə ümumi orta ixtisas bazası üzrə qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?
22:23 23.09.2026
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?