Təhsil naziri əmr imzaladı: ilk dərs Cocuq Mərcanlı olacaq

Təhsil naziri əmr imzaladı: ilk dərs Cocuq Mərcanlı olacaq
SOSİAL
15:26 05.09.2017
1105

Təhsil naziri ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq. Məqsəd Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyinin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onlara Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etməkdir.

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, 2017-2018-ci tədris ilində ilk dərs məşğələsinin "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusunda keçirilməsi ilə əlaqədar ümumi təhsil müəssisələrində müvafiq hazırlıq işləri aparılmaqla ilk dərslərin şagirdlərin ifasında Azərbaycanın Dövlət himni ilə başlanmasını, mövzu ilə bağlı şagirdlərə onların yaş xüsusiyyətlərinə uyğun məlumatların çatdırılmasını təmin etsinlər. Bundan əlavə, həmin dərslərdə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, prezident, Ali Baş Komandan İlham Əliyevin torpaqların işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayılrayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatların verilməsini təmin etsinlər, həmçinin ümumtəhsil məktəblərində keçiriləcək "Bilik günü”ndə və ilk dərslərdə Qarabağ müharibəsi iştirakçılarının və əmək veteranlarının,ədəbiyyat və incəsənət xadimlərinin, rayon (şəhər) təşkilatlarının rəhbər işçilərinin, ictimaiyyətin, eləcə də şəhid ailələrinin nümayəndələrinin, sabiq məzunların iştirakını, ilk dərslərin yerli KİV-lərdə işıqlandırılmasını təmin etsinlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
11:24 12.09.2025
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
11:18 12.09.2025
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
11:04 12.09.2025
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı