Əmrdə görə mayın 10-da ilk dərs ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr ediləcək
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, əmrə əsasən, respublikanın təhsil müəssisələrində 2014-cü il mayın 10-da ilk dərs ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr ediləcək.
Əmrdə qeyd olunub ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə və orta-ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqəsi keçiriləcək.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.