Təhsil naziri Gəncədə vətəndaşları qəbul edib

Təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Bütün Xəbərlər
17:25 29.07.2013
1376

Təhsil naziri Mikayıl Cabbarov Gəncədə ətraf rayon və şəhərlərdən olan şikayətçiləri qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəbulda Gəncə, Naftalan şəhərlərindən və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarından olan vətəndaşlar iştirak edib. Qəbula müvafiq şəhər və rayonların təhsil şöbələrinin müdirlərinin, həmçinin nazirliyin əlaqədar struktur rəhbərləri də qatılıb.

Təxminən 130-dan çox vətəndaş şikayətlərini nazirə çatdırmaq üçün qəbula yazılıb. Müraciətlər əsasən işə götürülmə, məktəb və uşaq bağçalarının təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış və qəbul imtahanları, magistratura təhsili, ikinci ixtisas, xaricdə təhsil, köçürülmə və sair məsələlərlə bağlı olub. Şikayət, təkliflərin əksəriyyəti yerindəcə həllini tapıb. Bir qrup şikayət və tələblərə baxılması üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR