Təhsil naziri Misir Mərdanov yeni əmr imzaladı

Təhsil naziri Misir Mərdanov yeni əmr imzaladı
Bütün Xəbərlər
14:56 11.01.2013
1403
Təhsil naziri Misir Mərdanov 20 yanvar faciəsinin il dönümünün qeyd edilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmrə əsasən faciənin il dönümünün keçirilməsilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR