Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.
Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, "Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkil etdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. Forum çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıqları ilə seçilən uşaqlar əhəmiyyətli mövzular ətrafında aparılan müzakirələrdə yaxından iştirak ediblər.
Uşaqların hüquqlarının və sağlamlığının qorunmasında, həmçinin onların gələcək təhsili üçün əlverişli zəmin yaradılmasında səylərimizi daha da artırmalı olduğumuzu bildirib. Nazir onu da qeyd edib ki, qazanılan tarixi Zəfər uşaqlarımızın firavan yaşayışının təmin edilməsində çox əhəmiyyətlidir.