Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Tələbə Futbol Federasiyasının növbədənkənar Konfransı keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yerləşdirilib.
Bildirilir ki, təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov Tələbə Futbol Federasiyasının prezidenti seçilib.