Təhsil Nazirliyi: Bu il Azərbaycanda 71 məktəb tikilib

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 71 məktəb tikilib
SOSİAL
13:10 31.08.2017
832

 Bu il Azərbaycanda 71 məktəb inşa edilib.

Bu barədə AZXEBER.COM-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.

Məlumata görə, 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. Bir peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. Üç ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

OXŞAR XƏBƏRLƏR