Təhsil Nazirliyi internatda 7 yaşlı uşağın döyülməsi barədə məlumatı araşdırır

Təhsil Nazirliyi internatda 7 yaşlı uşağın döyülməsi barədə məlumatı araşdırır
Bütün Xəbərlər
15:23 20.05.2014
799
Təhsil Nazirliyinin nümayəndələri 7 nömrəli İnternat Məktəbində döyülən uşaqla bağlı vəziyyəti araşdırmaq üçün həmin internat məktəbinə ezam olunub.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, məsələ ilə bağlı nazirlik tərəfindən araşdırma aparılır: “Araşdırma yekunlaşdıqdan sonra bununla bağlı mətbuata məlumat veriləcək”.
Qeyd edək ki, Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın döyülməsi ilə bağlı məlumat yayılıb.
OXŞAR XƏBƏRLƏR