Təhsil Nazirliyi uşağı yanmasında günahkar olanları cəzalandırdı

Təhsil Nazirliyi uşağı yanmasında günahkar olanları cəzalandırdı
Bütün Xəbərlər
15:07 05.11.2014
758
Uşağın anası uşağının adından piar vasitəsi kimi istifadə edib.
Təhsil Nazirliyi 11 saylı İnteqrasiya təlimli internat məktəbində Surxay adlı uşaq internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək onu yandırması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Baş vermiş hadisə ilə bağlı nazirliydən Oxu.Az-a bildiriblər ki, 30 oktyabr 2014-cü il tarixində həmin məktəbin şagirdi Surxay çay içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül yanıq əmələ gəlib.
Hadisə ani zamanda baş verib, dərhal tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər.
Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb.
Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub.
Uşağın valideyni dərhal internat məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət olunub və məsələ ilə bağlı məlumatlandırılıb.
Bəzi kütləvi informasiya vasitələrinin hədsiz həssaslığı və ajiotaj yaratmaq həvəsi ilə məsələnin miqyasının şişirdilməsi cəhdləri qeydə alınır. Fateh Quluzadənin anası, ixtisasca həkim olan Məhsəti Səfərova da uşağının adından piar vasitəsi kimi istifadə edilməsi əməllərini pisləyib.
Qeyd olunan məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri internat məktəbində olub, Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma aparılıb. Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti şəxslər barəsində inzibati cəza tədbiri görülüb.
OXŞAR XƏBƏRLƏR