Azərbaycan peşə təhsili sistemində irəlidə olan bir çox Avstriya, Norveç, İsveç, İsveçrə, Finlandiya, Fransa, İngiltərə ölkələrin təcrübələrini öyrənərək, ölkədə tətbiqi imkanlarını araşdırır.AZXEBER.COM Təhsil Nazirliyinə istinadən xəbər verir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində peşə təhsili sisteminin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biridir. Əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi, ölkənin rəqabətqabiliyyətliliyinin artırılmasına və əhalinin gəlir səviyyəsinin yüksəldilməsinə xidmət edir. Avropanın bir çox ölkələrində, misal üçün, Almaniya, Avstriya, Norveç, İsveç, İsveçrə, Finlandiya, Fransa, İngiltərə və s. peşə təhsili sistemi çox inkişaf edibr. Bundan əlavə, Cənubi Koreya, Yaponiya, Avstraliya, Türkiyə, Sinqapur və s. kimi ölkələrin peşə təhsili sistemi də öz səviyyəsinə görə fərqlənir. Qeyd etməliyik ki, Azərbaycan Almaniya, Türkiyə, Cənubi Koreya modellərindən istifadə etməyə çalışır və bu ölkələrin təcrübələrini öyrənərək, ölkəmizdə tətbiq imkanlarını araşdırmaqdadır.Hazırda Türkiyədə keçən əsrin 90-cı illərindən başlayaraq peşə təhsili sistemində köklü islahatlar həyata keçirilib. İslahata hökumət, yerli işəgötürən təşkilatları, assosiasiyaları, yerli idarəetmə qurumları ilə yanaşı beynəlxalq təşkilatlar tərəfindən də böyük dəstək verilib.Nəticədə, Türkiyədə fəaliyyət göstərən peşə təhsili müəssisələri əmək bazarı iştirakçıları ilə sıx əlaqədə işləyərək kompetensiyaya əsaslanan peşə təhsili sisteminin yaranmasına nail olublar. Türkiyə ilə təhsilalanların biliyinin qiymətləndirilməsi mexanizmi, sosial partnyorla iş sisteminin qurulması, qanunvericilik bazasının yaradılması və s. istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasını zəruri hesab edirik. Hər il ilk peşə-ixtisas təhsili müəssisələrinə 16-17 min dövlət sifarişilə kadrların hazırlanması həyata keçirilir. Əgər 4-5 il öncə ilk peşə-ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müraciət edənlərin sayı çox az idisə, hazırda hər il təxminən 1500-2000 nəfər ödənişli əsaslarla peşə təhsili almaq üçün müraciət edir. İstər ödənişli, istərsə də dövlət vəsaiti hesabına təşkil edilən təlimlərdə keyfiyyət fərqi qoyulmur. Təhsil prosesinə qoyulan tələblər hər bir təhsilalan üçün eynidir.Hazırda yeni portal yaradılır bu portal peşə təhsili sistemi haqqında məlumatların geniş yayılmasına, peşə təhsili müəssisələrinə müraciət prosesinin elektron şəkildə həyata keçirilməsinə, məzunların iş tapmaq imkanlarının genişləndirilməsinə şərait yaradacaqdır.