Təhsil Nazirliyindən 58 tələbəyə şad xəbər - SİYAHI

Təhsil Nazirliyindən 58 tələbəyə şad xəbər - SİYAHI
Bütün Xəbərlər
11:07 30.08.2013
1848

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 58 namizəd barədə müsbət qərar verilib.  Nazirlikdən verilən məlumata görə, həmin tələbələr təhsilini Türkiyə (36 nəfər), Böyük Britaniya (11 nəfər), Avstraliya (3 nəfər), İtaliya (2 nəfər), Kanada (2 nəfər), Malayziya (1 nəfər), ABŞ (1 nəfər), Rusiya (1 nəfər) və Macarıstanda (1 nəfər) rezidentura (23 nəfər), bakalavriat (20 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində tibb, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, mühəndislik, nanotexnologiya, kompüter elmləri və turizm ixtisasları üzrə davam etdirəcəklər. Təhsil Nazirliyi adları qeyd olunan tələbələri təbrik edir, onların təhsillərini uğurla başa vuraraq ölkəmizin davamlı inkişafı prosesinə layiqli töhfələr verəcəklərinə ümidvar olduğunu bildirir. Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barədə müsbət qərar verilmişdir. Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi daha 58 namizədin siyahısı: 1. Abdullayeva Yeganə Abduləhəd qızı  2. Ağayeva Könül İmran qızı  3. Almuradova Elvina Ağamoğlan qızı  4. Aslanlı Ülvi Ramiz oğlu  5. Axundov Zaur Mehman oğlu  6. Baba-zadə Xanım Ağababa qızı  7. Baxşalıyeva Türkan Vahid qızı  8. Baxşəliyev Şiraslan Aslan oğlu  9. Bədəlzadə Mehman Mikayıl oğlu  10. Bəkirzadə Məhəd İlham oğlu  11. Bəxtiyarzadə Aygül Mayil qızı  12. Camalova Hilalə Fariz qızı  13. Cəbrayılov Faiq Nizam oğlu  14. Cəfərov Ruslan Yaqub oğlu  15. Əbdülrəhimova Cəmilə Fəxri qızı  16. Əfəndiyev Musa Süleyman oğlu  17. Əhmədov Bayram Əliyar oğlu  18. Əhmədova Aygül Maarif qızı  19. Əliyev Bayram Umut oğlu  20. Əli-zadə İslam Qafar oğlu  21. Əmirov Razin Temirxan oğlu  22. Əşrəfov Asif Məhərrəm oğlu  23. Əvəzzadə Elməddin Niyaz oğlu  24. Əzizli Orxan İltifat oğlu  25. Fətullayev Tural Bəxtiyar oğlu  26. Hacıyev Rüfət Anar oğlu  27. Hacıyeva Nigar Bünyad qızı 28. Haqverdiyev Emin Salman oğlu 29. Həsənova Günel Ramiz qızı 30. Həsənova Aysel Yusif qızı 31. Həsənzadə Fidan Qalib qızı 32. Hüseynova Sevil Baxşəli qızı 33. İmanova Nərimanə Rafil qızı 34. İmranov Cavid Elman oğlu 35. İsmayılbəyli Nərgiz Malik qızı 36. İzzət Kənan Azər oğlu 37. Kərimli Əli İdrak oğlu 38. Kərimova Zərifə Məhəmməd qızı 39. Mahmudova Aytac Əbilfəz qızı 40. Mehdiyev Sərxan İlqar oğlu 41. Mehdiyeva Nəzrin Akif qızı 42. Məhəmmədəliyeva Aytəkin İbrahim qızı 43. Məmmədəliyev Sərxan Oqtay oğlu 44. Məmmədov Urfan Elxan oğlu 45. Məmmədova Nuran Zahir qızı 46. Məmmədxanlı Orxan Oktay oğlu 47. Məmməd-zadə Gültən Nəcməddin qızı 48. Mirzəyev Yalçın Məhəmməd oğlu 49. Nağıyeva Təranə Mirzə qızı 50. Nəcəfaliyeva Aytən Səfəralı qızı 51. Orucov Elvin Arzuman oğlu 52. Qənbərov Mehdi Nizami oğlu 53. Qocayev Afiq Nəriman oğlu 54. Quliyev Hüseyn Rafiq oğlu 55. Quliyeva Günel Səyavuş qızı 56. Salmanov Elşad Elxan oğlu 57. Şərifzadə Mehriban Şahin qızı 58. Xankişiyev Röyal Xanlar oğlu

OXŞAR XƏBƏRLƏR