Təhsil Nazirliyindən 6 günlük təhsil sistemi ilə bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən 6 günlük təhsil sistemi ilə bağlı -  AÇIQLAMA
Bütün Xəbərlər
18:00 20.11.2013
924

“Azərbaycanda orta məktəblərdə 6 günlük təhsil sistemi ləğv olunmayıb”

Təhsil Nazirliyi orta məktəblərin 5 günlük sistemə keçirilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən informasiya doğru deyil: “Azərbaycanda orta məktəblərdə 6 günlük təhsil sistemi ləğv olunmayıb”. Qeyd edək ki, orta məktəblərdə altı günlük təhsil sisteminin ləğv olunması ilə bağlı mövqe.az. saytında məlumat dərc olunmuşdu. Məlumatda qeyd olunurdu ki, nazir Mikayıl Cabbarov ümumtəhsil müəssisələrini yeni iş qrafikini müəyyənləşdirib. Belə ki, bundan sonra bütün məktəblər beş günlük iş rejimində çalışacaqlar. Nazirin yeni qərarı artıq paytaxtın bütün məktəblərində tətbiq olunmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR