Təhsil Nazirliyi uşaq bağçalarının yenidən nazirliyin tabeliyinə qaytarılması ilə bağlı hər hansı bir təklifin irəli sürülüb-sürülməməsi məsələsinə aydınlıq gətirib.
AZXEBER.COM nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyi tərəfindən təklif irəli sürülməyib.“Hazırda əsas hədəflərdən biri məktəbəqədər müəssisələrdə çalışan pedaqoji kadrların uşaqlarla iş sahəsində səriştəlilik və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarətdir”.