Təhsil Nazirliyindən TQDK-ya cavab gəldi

Təhsil Nazirliyindən TQDK-ya cavab gəldi
Bütün Xəbərlər
01:24 09.12.2011
1574

Nazirlik Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərslik səhvlərini geniş ictimaiyyətə bəyan etməsini düzgün saymır.

Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda orta məktəb dərsliklərində ciddi nöqsanlar olduğunu açıqlayıb. Komissiya sədri xüsusilə bu il çap olunan biologiya və tarix dərsliklərində səhvlər olduğunu deyib. “Abituriyent” jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında isə dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. Jurnalın 12 səhifəsi bu səhvlərə həsr olunacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının biologiya fənni üzrə Ekspert Şurasının sədri Tariyel Heybətov nazirliyin bəzi dərsliklərində artıq əvvəllər rast gəlinən qüsurların düzəldildiyini, lakin hələ də kifayət qədər qüsurlara rast gəlindiyini deyir. “Əsas səhvlər biologiyadadır, bəzi şeylər Azərbaycan dilində olanda bir cürdür, ruscada başqa cür. Şəkillərdə səhvlər var. Məsələn, bir heyvanın şəklinə başqasının adını yazıblar”,- deyə Tariyel Heybətov vurğulayır. Müstəqil ekspertlər də dərsliklərdə müəyyən qüsurlar olduğunu deyirlər. Azad Müəllimlər Birliyinin sədri Dilşad Nağıyeva dərsliklərdə səhvlərin olduğunu bildirir: “Bu səhvlər uşaqlarda onlara qarşı inamsızlıq yaradır, onların həmin fənnə olan marağını azaldır. Kurrikulum proqramına uyğun dərsliklər yazılır. Amma dərsliklər çox çətinləşdirilir”,- deyə o vurğulayır. Təhsil Nazirliyində də dərsliklərdə bəzi səhvlərin getdiyini etiraf edirlər. Lakin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu səhvləri geniş ictimaiyyətə bəyan etməsini düzgün saymırlar. Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bu barədə bunları deyib: “Bu səhvləri demək olar. Amma bunu niyə belə şişirtmək lazımdır, başa düşmürəm? Bunlar xırda səhvlərdir. TQDK tələbə qəbulu il məşğul olmalıdır. Onlar bizim dərsliklərdən istifadə edib “şparqalka” hazırlayırlar. Uşaqları ətraflı elmdən uzaqlaşdırırlar”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə komissiyanın çap etdirdiyi bu vəsaitlərin Təhsil Nazirliyinin dərsliklərini əvəz etmədiyini, sadəcə abituriyent və müəllimlərə kömək məqsədi daşıdığını bildirdi. Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəb dərsliklərində səhvlərin olduğunu bundan əvvəl də bir neçə dəfə deyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb