Təhsil Nazirliyinin məlumatına görə, yeni dərs ilində ölkə üzrə 4 523 ümumi təhsil müəssisəsində 1 304 687 nəfər şagirdin təlim-tərbiyəsi ilə 150 998 müəllim məşğul olacaq. Bu il 130 454 şagirdin I sinfə qəbul olunacağı proqnozlaşdırılır.
Yeni dərs ilində 43 588 yerlik 162 yeni təhsil müəssisəsi istifadəyə veriləcək, 21 məktəb üçün 5 104 şagird yerlik əlavə korpuslar inşa olunub, 103 məktəb isə əsaslı təmir edilib.
2012-2013-cü dərs ilinə ümumi təhsil məktəbləri üçün 194 adda 4 018 990 nüsxə dərslik və metodik vəsait çap edilərək məktəblərə çatdırılıb, 500 məktəbdə kitabxanaların modernləşdirilməsi işi davam etdiriləcək. Bu il işə qəbul olmaq istəyən 16 mindən çox müəllimdən elektron ərizə daxil olub, nəticədə 2 500-dən çox müəllim ölkənin ümumi təhsil məktəblərindəki vakant yerlərə işə qəbul edilib.