Təhsil Şurasına yenidən sədr seçkisi keçiriləcək: Səs verənlər reyestrdən keçməyib

Təhsil Şurasına yenidən sədr seçkisi keçiriləcək: Səs verənlər reyestrdən keçməyib
SOSİAL
15:11 06.02.2019
2704

31 yanvar tarixində Azərbaycan Dövlət İqtisad Universitetində Respublika Təhsil Şurası İdarə heyətinin iclası keçirilib.


AZXEBER.COM xəbər verir ki, iclasda çıxış edən Təhsil Şurası sədrinin müavini Mirzəli Murğuzov söyləyib ki, Respublika Təhsil Şurasının Ümumi Yığıncağının keçirilməsi zamanının və yerinin müəyyənləşdirilməsi gündəlikdə dayanan yeganə məsələdir. O, təkilf edib ki, Ümumi Yığıncaq 16 fevral 2019-cu il tarixində saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.

Məlumat üçün qeyd edək ki, şuraya 3 ay öncə yeni sədr - Təhsil Şurası idarə heyətinin üzvü, Bakı Dövlət Universitetinin dekanı, professor Hikmət Əlizadə seçilib. 

Bu məsələdə maraqlı məqam ondan ibarətdir ki, Şurada 17 noyabr 2018-ci il tarixində yeni sədr seçilibsə, bəs 16 fevral 2019-cu ildə keçirilməsi planlaşdırılan Ümumi Yığıncaqda hansı məsələlər müzakirə olunacaq? 

 
AZXEBER.COM bu məsələ ilə bağlı Təhsil Şurasının nəzarət-təftiş komissiyasının sədri Arif İbrahimovdan münasibət öyrənib.
 
Arif İbrahimov faktı təsdiqləyərəq bildirib ki, yenidən seçki keçirilməsinin səbəbi bəzi üzvlərin dövlət reyestrindən keçməməsi olub: "Bəli, 16 fevral tarixində Təhsil Şurasının Ümumi Yığıncağı keçiriləcək. Buna səbəb isə 3 ay öncə keçirilən seçkilərdə bəzi üzvlərinin reyestrdən keçməməsidir. Belə qərara gəlindi ki, seçkilərin nəticələri ləğv edilsin və yenidən Ümumi Yığıncaq keçirilsin".
 
Arif İbrahimovun dediyinə görə, yeni seçkilərdə Hikmət Əlizadə yenidən namizəd olacaq: "Hikmət müəllim dəyərli ziyalımızdır və yenidən namizəd olacaq"
 
"Bəs nəyə görə Təhsil Şurasının rəsmi saytındakı "haqqımızda" bölümündə bu haqda məlumat yoxdur?" sualına isə o belə cavab verib: "Bu sayt 17 noyabrdan öncə yaradılıb və bu səbəbdən saytda boşluqlar var. 16 fevral iclasından sonra bu problemlər aradan qaldırılacaq. Onu da qeyd edim ki, hazırda bizim ofisimiz də yoxdur". 
 
Qeyd edək ki, təkilatın idarə heyətində ADPU-nun prorektoru Asəf Zamanov, Təhsil İnstitutunun şöbə müdiri Hümeyir Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov, əməkdar müəllim Həqiqə Məmmədova və digər şəxslər təmsil olunurlar. 
 
Mövzuya yenidən qayıdacağıq. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb