Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi

Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
SOSİAL
17:34 16.05.2025
844

13 may tarixində Dünya İB Məktəbində "Təhsilin Gücləndirilməsi: Süni İntellektin İmkanları” mövzusunda interaktiv sessiya keçirilib.

AZXEBER.COM xəbər verir ki, sessiya "Marklab Media” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Sessiyada məktəbin müəllim kollektivi və administrativ heyəti iştirak edib.

İnteraktiv sessiyanın aparıcısı Gamepons şirkətinin təsisçisi, süni intellekt üzrə ekspert və "deeplearning.ai”nin Azərbaycandakı səfiri Vüsal Kərimli olub.


Sessiyanı giriş sözü ilə açan Vüsal Kərimli təhsilin mövcud problemləri – motivasiya azlığı və müəllimlərin artan yükü ilə bağlı fikirlərini bölüşüb. O, sözügedən problemlərin həlli istiqamətində süni intellektin rolunu geniş şəkildə izah edib. Vüsal Kərimli təhsil mühitində AI texnologiyalarının tətbiqinin labüdlüyünü və bu prosesə pedoqoqların rəhbərlik etməli olduğunu vurğulayıb.

Müəllimlər üçün rəqəmsal dəstək: effektivlik və yaradıcılıq


Sessiyada müəllimlər üçün nəzərdə tutulmuş süni intellekt alətləri – o cümlədən ChatGPT və Eduaide.ai – nümayiş etdirilib.

İnteraktiv sessiyada müzakirə olunan əsas mövzulardan biri də fərdiləşdirilmiş öyrənmə təcrübəsi olub. Vüsal Kərimli qeyd edib ki, adaptiv platformalar (məsələn, Century Tech və Squirrel AI) şagirdlərin bilik səviyyəsinə uyğun dinamik öyrənmə mühiti yaradır.

Oyunlar vasitəsilə öyrənmək


Sessiyanın ən maraqlı hissələrindən biri gamifikasiyanın, yəni oyun elementlərinin  təhsildə rolu ilə bağlı olub. Vüsal Kərimli vurğulayıb ki, AI şagirdlərə "missiya” və "səviyyə” şəklində təqdim olunan öyrənmə yolları quraraq onlarda motivasiyanı artırır.

Gələcəyin sinif otaqları və idarəetmə alətləri

İnteraktiv sessiyada AI ilə təchiz edilmiş sinif otaqları, AR/VR texnologiyalarının tətbiqi, eləcə də təhsil müəssisələrinin idarə edilməsində süni intellektin rolu (risklərin proqnozlaşdırılması, resurs planlaması və s.) təqdim olunub.


Sessiyanın sonunda Vüsal Kərimli süni intellektin təhsil sahəsində tətbiq olunmasında etik prinsiplərin əhəmiyyətindən də bəhs edib. O bildirib ki, AI-nin təhsildə tətbiqində məlumat təhlükəsizliyi, önyarğıların qarşısının alınması və müəllimin insani rolunun qorunması prioritet olmalıdır. Vüsal Kərimli texnologiyanın müəllimi əvəz etmədiyini, əksinə, pedoqoqların təsir imkanlarını gücləndirdiyini vurğulayıb.

Gələcək inkişafa aparan yol

Sessiya pedaqoqlar üçün həm yeni texnoloji vasitələrlə tanışlıq, həm də bu vasitələrin dərs prosesinə necə inteqrasiya edilə biləcəyi ilə bağlı praktiki biliklərlə zəngin olub.


Qeyd edək ki, Marklab Media və Dünya İB Məktəbi bu cür təşəbbüslərlə təhsildə transformasiyanı dəstəkləməyi və müəllimləri bu yolun əsas liderinə çevirməyi qarşısına məqsəd qoyur.

Texnologiya vasitədir – məqsəd isə daim güclü və şagirdmərkəzli təhsildir.

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
19:00 18.08.2026
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
“Qalatasaray”dan yeni transfer
18:50 18.08.2026
“Qalatasaray”dan yeni transfer
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
18:39 18.08.2026
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
18:19 18.08.2026
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
18:05 18.08.2026
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
17:50 18.08.2026
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
17:41 18.08.2026
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq