Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək "Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.
Portal.edu.az platformasının "Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:











































