Tələbə adını qazanan aktrisa təhsildən imtina etdi

MAQAZİN
11:52 27.09.2024
216
Müğənni Alişanın aktrisa həyat yoldaşı Buse Varolun arzusu yarımçıq qalıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il ali məktəbə daxil olub Psixologiya fakultəsinin tələbəsi olan Buse, təhsil almaqdan imtina edib.
 
O, yeni layihələrə başladığı üçün bu qərarı verdiyin açıqlayıb:
 
"Psixologiyanı oxumaq ən böyük arzum idi. Amma təəssüf ki, arzum ürəyimdə qaldı. Yeni layihələrimin çəkilişləri ilə bağlı işimin çoxluğundan təhsil ala bilməyəcəyəm. Buna görə də qazandığım fakultədən imtina etdim" deyə açıqlamasında bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR