Ərzurumda bir tələbə qız saqqız çeynədiyi üçün digər tələbə tərəfindən döyüldüyünü iddia edib.
Hadisə Yakutiyə rayonunda baş verib. Sözügedən iddia ilə bağlı polisə şikayət edən16 yaşlı qız bilirib ki, saqqız çeynədiyi zaman yanına gələn 18 yaşlı qız ondan nə üçün saqqız çeynədiyini soruşub. Tələbə "Sənə dəxli yoxdur" cavabını verincə qarşıdakı qız tərəfindən təhdid və təhqir edilərək, döyülüb.
Hadisənin hansı məktəbdə baş verdiyi açıqlanmır.
Polis faktla bağlı istintaqa başlayıb.