İranın paytaxtı Tehranda müxtəlif universitetlərin tələbələri etiraz aksiyası keçiriblər. Tələbələrin yürüşü çərşənbə günü terror aktı nəticəsində ölən nüvə mütəxəssisi Mustafa Əhmədi Roşanın öldürülməsini pisləmək məqsədilə keçirilir. Qəzəbli tələbələr küçələrlə yürüş edərək, Birləşmiş Ştatlar və İsrail əleyhinə şüarlar səsləndiriblər. Aksiya fəalları ABŞ və onun Qərb müttəfiqlərinin təzyiqinə məhəl qoymayacaqlarını bəyan ediblər. Dünən isə terror qurbanı olan nüvə mütəxəssisi dəfn edilmiş, dəfn mərasimində minlərlə adam iştirak etmişdi.Qeyd edək ki, İran rəsmiləri Natanz uran zənginləşdirmə müəssisəsinin direktor müavini olan İsrail və ABŞ- Mustafa Əhmədi Roşanın İranın nüvə proqramını dayandırmaq cəhdlərinin qurbanı olduğunu iddia edirlər. "İRNA" xəbər agentliyinin məlumatına görə, bu gün rəsmi Tehran Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarına ayrı-ayrılıqda nota göndərərək, hər iki ölkənin Mustafa Əhmədi Roşanın qətlində açıq-aşkar rolunun olduğunu bəyan edib.