Tələbələr imtahan zamanı ən çox hansı universitetdən şikayət edib? - QAYNAR XƏTT

Tələbələr imtahan zamanı ən çox hansı universitetdən şikayət edib? - QAYNAR XƏTT
Bütün Xəbərlər
17:22 24.01.2012
3243

Ali təhsil ocaqlarında semestr imtahanları yekunlaşmaq üzrədir.

AZXEBER.COM-a daxil olan çoxsaylı oxucu müraciətlərini nəzərə alaraq, Təhsil Nazirliyində fəaliyyət göstərən Qaynar Xətt xidmətindən imtahanlarla bağlı daxil məlumat aldıq.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, Qaynar Xətt xidmətinə gün ərzində 50-80 arası şikayət daxil olur. Qaynar xətdən verilən məlumata görə, nazirliyə imtahanlarla bağlı ən çox şikayət Təfəkkür Universitetindən daxil olub. Bundan əlavə Slavyan Dövlət Universiteti, Texniki Universitetdən də şikayətlər daxil olur.

Nazirlik nümayəndəsi həmçinin diplomların verilməsi ilə bağlı Odlar Yurdu Universitetindən şikayətlərin daxil olduğunu da bildirib. Qaynar Xətdən bildirilib ki, müraciətlərə semestr imtahanlarından sonra baxılacaq.

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR