M.Cabbarov bildirib ki, istənilən tələbə və ya tələbə qrupunun imtahanların keçirilməsi, imtahan zamanı baş verən qayda pozuntuları ilə bağlı müraciəti olduqda Təhsil Nazirliyi bununla bağlı müvafiq qərar və cəza verməyə hazırdır: "Ümumilikdə ali təhsil sistemində biliyin qiymətləndirilməsi ilə bağlı aparılan siyasət çox sadədir. Ali təhsil sistemində ümumiyyətlə, təhsil sistemində qanunun aliliyi təmin olunmalıdır. Təhsil Nazirliyi tərəfindən mövqeyimiz birmənalıdır. Bu məsələ həm təhsil verənlərə, həm də təhsilalnlara aiddir. Ona görə qanun çərçivəsində nizam-intizama riayət edilməlidir. Əgər qanun pozuntuları olarsa, bütün tədbirlərin görülməsi, cəzaların tətbiqi təmin olunacaq.Qeyd edək ki, son həftələrdə 2 universitetdə tələbələrin iştirakıyla aksiyalar baş tutub. İlk olaraq Azərbaycan Dövlər Pedoqoji Universitetində, ardınca isə Azərbaycan Universitetində tələbələr aksiya ediblər. Tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir. Bundan öncə tələbələr testlə imtahan versələr də, son anda universitet rəhbərliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də cavab ala bilməyiblər. Gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər.
Sevindirici məqam isə ondan ibarətdir ki, hər iki universitetdə tələbələrin istədikləri olub və onların tələbləri yerinə yetirilib. Tələbələrə yad TGT-lər
Çox maraqlıdır ki, tələbələrin etirazıyla bağlı universitetlərdə olanlarla bağlı rektorlar danışdı, təhsil naziri Mikayıl Cabbarov açıqlama verdi, ancaq tələbələri ən çox dinləməyə məcbur olan, onların problemlərini həll etməyə borclu olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından heç bir səs çıxmadı. Nə qədər ki, TGT-lər təqvim günlərini qeyd etməkdən başqa heç biri işə yaramayacaq, TGT sədrlərini tələbələr yox, rektorlar təyin edəcək, 20-21 yaşlı sədrlər kostyum geyinib, özlərini məmur kimi aparacaq o zamana kimi də tələbələr ehtiyac yaranannda sözlərini TGT-lərə deyə bilməyəcək. Bizə rektorların əmrlərini yerinə yetirən yox, tələbələrin məsələlərini ciddi şəkildə qaldıran və həll edən TGT-lər gərəkdir.Faktdır ki, bu gün bəzi TGT-lər universitet rektorlarının əlaltılarına çevriliblər, hətta vəziyyət o yerə çatıb ki, TGT sədrlərini rektorların icazəsi olmadan auditoriyalara da girə bilmirlər, tələbələr isə ümumiyyətlə TGT-lərin fəaliyyətindən xəbərsizdirlər. Belə olan təqdirdə tələbələr problemlərindən çıxış yolunu aksiyalarda görürlər. Çox yaxşı olardı ki, bu istiqamətdə tələbələrlə iş aparılsın, onların problemləri dinlənilsin və rektorlara çatdırılsın. Yaxşı olardı ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bu islahata elə bu günlərdə başlasın və ADPİ və Azərbaycan Universitetinin TGT-sədrlərini işdən azad etsin.AZXEBER.COM