Tələbələrin təhsil haqqı azaldılacaq?

Tələbələrin təhsil haqqı azaldılacaq?
Bütün Xəbərlər
22:46 19.02.2013
1842
Artıq Qərb Universitetində əlavə dəyər vergisi ləğv olunub və bununla 18 faizlik gəlir tələbələrin təhsil haqqının azaldılmasına yönəldilib. Tələbələrin isə əlavə dəyər vergisinin ləğv olunmasına münasibəti birmənalı deyil.Bəs görəsən, pullu təhsil xidmətlərinin əlavə dəyər vergisindən azad olunması ali məktəblərə daha nə verəcək? Təhsil üzrə ekspertlərin fikrincə, ƏDV-nin ləğvi gələcəkdə özəl ali məktəblərdə təhsilin keyfiyyətinin artmasına, maddi texniki bazasının yaxşılaşdırılmasına yönələ bilər. Ali məktəblərdə 2001-ci ildən etibarən pullu təhsil xidmətlərinə əlavə dəyər vergisi tətbiq olunub. 2003-cü ildən dövlət ali məktəblərində bu məsələyə güzəştə gedildi və atılan addım onunla əlaqələndirildi ki, həmin vəsait büdcəyə daxil olur. Hazırda yalnız özəl ali məktəblərdə ƏDV qalır.
OXŞAR XƏBƏRLƏR