Rusiya prezidenti Dmitri Medvedev Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Vladimir Polyakov adlı bir tələbə prezidentə "Səddam Hüseyn kimi bir gələcəyə, onun kimi ölməyə hazırsınızmı?" sualını verib. Sual qarşısında əvvəlcə çaşbaş qalan prezident sonradan tələbəyə cavab verib: "Düşünürəm ki, həyatının ən cəsur sualını soruşdun. Amma dəqiq bir cavab istəyirsənsə, təbii ki, ideallarım üçün ölməyə hazıram. Heç bir şeydən qorxmuram. Yoxsa dövlət başçısı olmazdım" deyib. Bu cavab alqışlarla qarşılanıb.Sevil Rəsulzadə