Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?

Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
MARAQLI
17:29 31.07.2026
415
Son illər smartfonların qiyməti sürətlə artsa da, istifadəçilərin əsas narahatlığı cihazın nə qədər uzunömürlü olmasıdır.
 
AZXEBER.COM "Sundr" platformasına istinadən xəbər verir ki, 2026-cı il üzrə 2090 təmir qeydi əsasında hazırlanan araşdırmada hansı telefonların daha tez nasazlıq yaşadığı məlum olub.

128 mindən çox smartfon istifadəçisinin rəyinə görə  telefonların ilk iki il ərzində nasazlıq yaşama ehtimalı daha çoxdur.

Apple, Samsung və Google smartfonları etibarlılıq baxımından ən yüksək nəticə göstərən markalar arasında yer alır. Bu cihazlarda ciddi texniki nasazlıqların digər markalarla müqayisədə daha az müşahidə edildiyi bildirilir. 

 Smartfonlarda ən çox rast gəlinən problem istehsal qüsuru deyil, batareyanın zamanla tutumunu itirməsidir. Bundan başqa, şarj girişinin sıradan çıxması və ekran problemləri də istifadəçilərin ən çox qarşılaşdığı nasazlıqlar sırasındadır. 

Mütəxəssislər bildirirlər ki, telefonun tez xarab olması təkcə markadan asılı deyil. İstifadə vərdişləri, telefonun düşməsi, qeyri-orijinal adapterdən istifadə, həddindən artıq isinmə və batareyanın düzgün doldurulmaması da cihazın ömrünü əhəmiyyətli dərəcədə azalda bilər. 

Qeyd edək ki, bəzi markalar daha asan təmir olunsa da, bu onların daha çox xarab olması demək deyil. Məsələn, təmir qeydi əsasında hazırlanan araşdırmada Apple telefonlarının təmirinin daha uğurlu nəticə verdiyi, ən çox rast gəlinən nasazlıqların isə ekran və batareya ilə bağlı olduğu qeyd edilir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR