Telefon danışıqlarımız necə dinlənilir? -ARAŞDIRMA

Telefon danışıqlarımız necə dinlənilir? -ARAŞDIRMA
Bütün Xəbərlər
16:46 20.10.2015
3090
Bir sıra siyasi liderlərin və dövlət əhəmiyyətli şəxslərin danışıqlarının dinlənilməsi barədə xəbərlərə mətbuatda tez-tez rast gəlinir.Təbii ki, qanunvericilik bunu yasaq etsə də, bunun qarşısını tam almaq mümkün deyil. Dinləmə cihazlarının tarixi və məşhur tarixi hadisələri təqdim edirik. İlk dinləmə cihazlarının ABŞ-da istehsal olunması və istifadəsi barədə məlumatlar var. Elə tarixdə böyük qalmaqala səbəb olan siyasətçilərin izlənilməsi və gizli dinlənilməsi məhz ABŞ kəşfiyatının adı ilə bağlıdır. Elə bir müddət əvvəl ABŞ Xüsusi Xidmət orqanlarının əməkdaşları tərəfindən dinlənilən ölkələrin siyahısı və xəritəsi ortaya çıxdı. Maraq doğuran məqamlardan biri də Azərbaycanın da həmin siyahıda olması idi. ABŞ Milli Təhlükəsizlik Agentliyinin bütün dünyanı fərqli üsullarla dinlədiyi keçmiş agent Eduard Snoudenin açıqladığı sənədlər vasitəsi ilə ortaya çıxmışdı. ABŞ hökuməti də yaranan bu skandal üçün rəsmən üzr istəmək məcburiyyətində qalmışdı və dinləmələr apardığını qəbul etmişdi. Məlumata görə, Türkiyədəki GSM işçilərinin 75 faizi dinlənilib.Ərdoğan 8 il gizli dinlənilib…Siyahıdan da göründüyü kimi Türkiyə ən çox dinlənilən ölkələr sırasında böyük üstünlük əldə edir. Bəzi beynəlxalq şirkətlər və xüsusi-xidmət orqanları baş nazir olduğu dövrdə Rəcəb Tayyib Ərdoğanı 8 il yarım gizli dinləyiblər. Dinləmə Türkiyənin Baş Polis İdarəsinin İtaliya firmasından satın aldığı virus proqramı vasitəsilə həyata keçirilmişdi. Ərdoğanı 2007-ci ildən dinləməyə başlayıblar. Eyni zamanda, Davudoğlu və «G20» sammitinə qatılan Türkiyə nümayəndə heyəti də dinlənilib. Türkiyə Baş Polis İdarəsi İtaliyanın «Hacking Team» firması ilə anlaşaraq casusluq proqramını satın alıb. Bu anlaşmadan sonra müxalifətdə olan şəxsləri və qurumları izləməyə başlayıblar. Dinləmələri polis sistemindəki bir qrup həyata keçirib. Əməliyyat başa çatandan sonra topladıqları məlumatları da götürərək gediblər. Xüsusən, 17-25 dekabr «böyük rüşvət əməliyyatından» sonra polisdəki bütün yaddaş sistemi silinib. Bunu idarə yox, kənardan ora sızan bir təşkilat həyata keçirib. Xatırladaq ki, gizli dinləmə qalmaqalı 2013-cü ildə üzə çıxmış və bundan sonra Ərdoğanın göstərişi ilə Türkiyənin polis sistemində kütləvi «təmizləmə əməliyyatı» başlamışdı. Minlərlə polis ya işdən çıxarılmış, ya da xidmət yeri dəyişidirilmişdi. Qanunsuz dinləmə həyata keçirdiyinə görə xeyli hüquq-mühafizə əməkdaşı barəsində təhqiqat başladılmışdı. Ərdoğanın, ailə üzvlərinin, komandasındakı nazirlərin gizli səs yazıları internetdə yayılandan sonra hökumət bütün bunların Fətullah Gülənin sifarişi ilə baş verdiyini, məqsədin də Türkiyədə «paralel dövlət» qurmaq olduğunu bəyan etmişdi.Gerbin içərisində gizlədilən gizli qurğunun ŞOK nəticəsi…Rusiya da bu sahədə qabaqcıl ölkələrdən hesab edilir. Bu ölkənin tarixində dəfələrlə qalmaqallı gizli dinləmə mövzusu olub. KQB-nin yaranmasının ildönümü vaxtında Rusiya mətbuatı əfsanəvi sovet agenti Vadim Qonçarovun həyatı barədə şok məlumat yayılır. Qonçarov Stalinin əmri ilə Moskvadakı ABŞ səfirliyini dinləmək məqsədilə hazırlanmış əməliyyata başçılıq edirmiş. Əməliyyatda hətta orta məktəb şagirdlərindən istifadə olunub. 1945-ci ildə Krımda Artek beynəlxalq tələbə düşərgəsinin açılışında ABŞ səfiri A. Harrimən də iştirak edir. Mərasim zamanı sovet tələbələri Amerikalı səfirə qiymətli ağac növlərindən hazırlanmış ABŞ gerbini hədiyyə edirlər. KQB-nin içərisinə Zlatoust adlı gizli dinləmə cihazı yerləşdirdiyi bu gerbi səfir iş otağında asır və gerb 8 il orada qalır. Harriməndən sonra daha 3 səfir Moskvada xidmət edir ancaq heç biri gerbdə dinləmə cihazının olacağını fikirləşmir. Ancaq Kremlin gizli məsələlərdə Vaşinqtondan daha tez informasiyaya malik olması CİA-I şübhələndirir və Moskvaya elektronika mütəxəssisləri və cihazlar göndərilir. CİA səfirlikdə yazışmaların sayını artırdıqca KQB də cihazı daha da aktivləşdirir və amerikalılar gerbin içərisindəki cihazı tapa bilirlər. Məsələ barədə bir müddət susan Vaşinqton 1960-cı ildə SSRİ-nin casus fəaliyyətlərini ifşa etmək məqsədilə BMT kürsüsündə Zlatoustu nümayiş etdirdi. Hazırda həmin cihaz CIA-nın muzeyində saxlanılır. Qonçarov Moskvada otellərdə qalan xarici yüksək vəzifəli şəxsləri və səfirlikləri dinləməyi bacarmaqla məşhurlaşan məşhur Sovet kəşfiyyatçısıdırABŞ Azərbaycanı necə izləyib? ŞOK fakt…Bir neçə il öncə Bakıda yerləşən türk məzarlığında abidələrin sökülməsi və təmir edilməsi heç də təsadüfi deyildi. Xarici kəşfiyyat həmin ərazidə gizli dinləmə qurğusu yerləşdirməklə mühüm dövlət orqanlarının danışıqlarını gizlin şəkildə dinləməklə, Türkiyəyə, oradan da ABŞ-a məlumat ötürürmüş. Bundan sonra həmin ərazidə abidələrin bəzilərində təmir işləri aparıldı. Azərbaycanda danışıqların gizli dinlənilməsi qanunla qadağan olunur.Buna baxmayaraq ölkəyə gətirilən dinləmə qurğuları, gizli kameralar və siqnalkəsici elektron cihazlar internet saytları vasitəsilə onlayn olaraq satışa çıxarılır. İnternet üzərindən satış həyata keçirən saytların açıq-aşkar bu cihazları ölkəyə gətirdikləri məlum olub. Gizli dinləmə aparatları simkartla işləyən dinləmə cihazları, qələm, saat, oyuncaq, "brelok” və alışqan şəkilindəki kameralar, gizli kameraları tapan və bütün siqnalları kəsən xüsusi qurğular formasında olur.Dinləmək prosesi necə həyata keçirilir?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb